İtaliyada Baş nazir Giorgia Meloni başda olmaqla hökumət icazəsiz nümayişləri və ya 50-dən çox adamın iştirak etdiyi yığıncaqların ictimai asayiş və ya təhlükəsizlik üçün "təhlükəli" olacağını iddia edərək onları cinayət hesab etmək qərarına gəlib.
525.az xəbər verir ki, İtaliyada sağçı hökumət 50-dən çox adamı olan icazəsiz nümayişləri cinayət məsuliyyətinə cəlb edəcək. Sözügedən tərəflərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair addım, həftəsonu Modena şəhərindəki anbarda İtaliyadan və xaricdən mindən çox insanın iştirak etdiyi Hellouin şənliyindən sonra atılıb. Səs-küy və ərazidə nəqliyyatın hərəkətinə mənfi təsir göstərən şikayətlər fonunda yığıncaq qadağan edilib.
Qanuna əsasən, 50-dən çox insanın iştirak etdiyi icazəsiz "təhlükəli şənliklərin" təşkilatçıları 6 ilə qədər həbs oluna bilər və onların telefonları dinlənə bilər. Baş nazir Meloni qanunun insanlara zərərin qarşısını almaq məqsədi daşıdığını və Avropanın başqa yerlərində də oxşar qaydalar olduğunu müdafiə edib. Meloninin sələfi, Milli Birlik Hökuməti, 2021-ci ildə böyük bir yığıncaqda 2 nəfərin ölməsindən sonra qanunu dəyişdirmək üçün işə başlamışdı. Lakin ifrat sağçı yeni hökumət böyük cərimələr və səs sistemlərinin müsadirəsi də daxil olmaqla daha sərt qərarlar qəbul edib.
Qeyd edək ki, daxili işlər naziri Matteo Piantedosi yürüşün ictimai asayişə zərər vermədiyini və illərdir davam etdiyini və iki hadisənin "tamamilə fərqli şeylər" olduğunu müdafiə edib.
Məhəmməd Tağıyev