Fransanın paytaxtı Parisdə iş saatlarının sonunda ofis və mağazaların işıqları söndürüləcək. Buna əməl etməyən müəssisələr 750 ilə 1500 avro arasında cərimələnəcək.
525.az xəbər verir ki, Paris Bələdiyyəsinin enerji qənaəti çərçivəsində aldığı qərarla Parisdə iş gününün sonunda ofis və mağazaların işıqları söndürülməli olacaq. Qərarda bu müəssisələrin vitrinlərindəki rəqəmsal ekranların və işıqların bağlanması da var. Fransada yerli və regional radio stansiyaları şəbəkəsi olan "France Bleu", tələblərə əməl etməyən müəssisələrin 750 ilə 1500 avro arasında cərimələnəcəyini bildirib. Bundan əlavə, dekabrın 1-dən 23:45-dən səhər 06:00-a kimi bələdiyyənin məsuliyyəti altında olan işıqlandırılmış reklam lövhələri də söndürüləcək.
Məhəmməd Tağıyev