Niderland polisi ilə PKK tərəfdarları arasında qarşıdurma yaşanıb.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, Niderlandın Haaqa şəhərində terror təşkilatı olan PKK-nın tərəfdarları Türkiyənin Haaqa səfirliyinin qarşısına toplaşmağa cəhd ediblər. Daha sonra onların piyada getməsinə icazə verməyən polisə hücum ediblər. Hadisədən sonra 12 PKK tərəfdarı saxlanılıb.
Polisin öncədən etdiyi xəbərdarlıqlara məhəl qoymayıb, təxribata cəhd göstərən və polisə hücum edən 12 PKK tərəfdarı “ictimai zorakılıq” və “polisə qarşı zorakılıq” ittihamı ilə saxlanılıb.
Fərid Sançar