Serbiya Silahlı Qüvvələri ölkənin hava məkanında naməlum pilotsuz uçuş aparatı (PUA) vurub.
525.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA Kopaonik dağ silsiləsi tərəfdən şəhər tipli Raska qəsəbəsinə doğru uçub. O, hərbi obyektin yaxınlığında zərərsizləşdirilib.
Serbiya Silahlı Qüvvələri vurulan dronu axtarır.
Xatırladaq ki, noyabrın 1-də Serbiya Prezidenti Aleksandr Vuçiç Mərkəzi Serbiyanın səmasında aşkar olunan bütün dronlarını məhv etmək əmri verib. Eyni günün səhər saatlarında Serbiya Silahlı Qüvvələri Kosovo və Metohiyadakı durumla bağlı yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Vuçeviç bildirib ki, Kosovo və Metohiyada vəziyyət gərgindir, kosovalılar Serb avtomobil nömrələrinin qadağan edilməsi qərarını həyata keçirməyə başlayıblar. Nazir qeyd edib ki, heç kim döyüşmək niyyətində deyil, lakin ordu istənilən tapşırığı yerinə yetirməyə hazırdır.