Polşa Prezidenti Andrey Duda yerli hökumət tərəfindən vətəndaşlara kömür paylanması ilə bağlı qanunu ən qısa zamanda imzalayacağını bildirib.
525.az xəbər verir ki, Polşa Prezidenti Andrey Duda ölkədə yerli hökumət tərəfindən kömür paylanmasına icazə verəcək qanunu ən qısa zamanda imzalayacağını açıqlayıb.
Duda: "Mən bu məsələnin aktuallığının fərqindəyəm. Yerli hökumətin ən qısa zamanda kömür paylamasına icazə verən qanunu imzalayacağam", - deyib. Polşa parlamentinin ötən həftə təsdiq etdiyi qanun layihəsinə görə, kömür paylamaq səlahiyyəti yerli idarəetmə orqanlarına veriləcək.
Malik Atilay