İngiltərədə elektrik kəsilməsi ilə məşğul olmaq üçün "müharibə oyunu" təcili planı müzakirə edilib. Planda bir həftə ərzində elektrik, qida, nəqliyyat və enerji böhranı ilə bağlı ssenarilər hazırlanıb.
525.az xəbər verir ki, Böyük Britaniyada nazirliklər birgə “məxfilik”lə fövqəladə vəziyyət planı hazırlayıblar. Gizli şəkildə hazırlanan sənədlər arasında bir həftəlik elektrik kəsilməsi qarşısında alınacaq fövqəladə tədbirlər də var.
İlk dəfə “Yarrow Proqramı” adı altında ortaya çıxan plan, hökumətin güclü stress altında fövqəladə vəziyyətə reaksiyasını ölçür. Planda ictimai asayişin qorunmasından, qocalara və xəstələrə qulluqdan, ərzaqların çatdırılmasından, hərbi idarəetmədən tutmuş bir çox mövzular var.
“Müharibə oyunu” planında Rusiyanın Avropa elektrik şəbəkələrinə təsirinə ssenaridə geniş yer verilib. “Şimal axını” boru kəmərinə hücuma əsaslanaraq, plan düşmən qüvvələrinin sualtı elektrik xətlərinə hücum etməsini nəzərdə tutur.
Ssenarisidə ikinci və yeddinci gün aralıqlarında müəssisələrin və ev təsərrüfatlarının ehtiyaclarının 60 faizi qarşılanacaq. İnternet və telefon xətlərinin işləməyəcəyi “müharibə oyunu” ssenarisində xalqın BBC Radiosu vasitəsilə yönləndiriləcəyi qeyd edilir.
Qeyd edək ki, 1970-ci ildə neft böhranı ilə birlikdə Böyük Britaniyada da oxşar planlar həyata keçirilmişdi.
Malik Atilay