Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyul ayında gəldiyi Belçikadan sığınacaq istəyən Qvineya əsilli Abdoulaye Kamara üçün aylardır sığınacaq verməyən Brüsselə qarşı ehtiyat tədbirləri görüb.
525.az xəbər verir ki, AİHM-dən verilən açıqlamada iyulun 12-də Belçikaya sığınacaq üçün müraciət edən Kamaranın müraciətinin iyulun 15-də gəldiyi, lakin o vaxtdan bəri küçələrdə yaşadığı və Belçika Federal Sığınacaq Axtaranları Qəbul Təşkilatı (Fedasil) tərəfindən sığınacaq verilmədiyi bildirilib. Kamaranın müraciət etdiyi Brüssel İş Məhkəməsinin iyulun 22-də Fedasilin sığınacaq axtaran şəxsə sığınacaq təmin etmək üçün qanuni öhdəliklərini yerinə yetirməsi ilə bağlı qərar verdiyi açıqlamada, Fedasilin hələ də qərarı icra etmədiyi ifadə edilib.
Qeyd olunub ki, bütün mümkün hüquqi müdafiə vasitələrini tükəndirən Kamaranın vəkili oktyabrın 20-də AİHM-ə müvəqqəti həbs qətimkan tədbirinin seçilməsi üçün müraciət edərək, Belçika hökumətindən yerli məhkəmənin qərarını icra etməyə məcbur edib. Açıqlamada Belçika dövlətinin Brüssel Əmək Məhkəməsinin qərarını yerinə yetirmək və Kamaranın əsas ehtiyaclarını və sığınacaqlarını ödəmək üçün maddi yardım göstərilməsi üçün ehtiyat tədbiri aldığı bildirilib.
Qeyd edək ki, AİHM, ərizəçilərin bərpası mümkün olmayan zərər riski ilə üzləşdiyi hallarda müvəqqəti tədbirlərin görülməsinə dair müraciətlərə baxır və qərar verir.
Məhəmməd Tağıyev