Ağ Ev Şimali Koreyanın Ukrayna müharibəsində istifadə etmək üçün gizli şəkildə Rusiyaya “əhəmiyyətli miqdarda” artilleriya mərmisi göndərdiyini açıqlayıb.
525.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi deyib ki, Şimali Koreyanın Ukraynadakı müharibə üçün gizli şəkildə Rusiyaya "əhəmiyyətli" sayda artilleriya mərmisi verdiyini göstərən məlumatlar var.
Göndərmələrin qəbul edilib-edilmədiyini araşdırdıqlarını deyən Kirbi, Şimali Koreyadan gələn mərmilərin müharibənin gedişatını dəyişəcəyinə inanmadıqlarını bildirib. Açıqlamada Şimali Koreyanın Şimali Afrika və Yaxın Şərq ölkələri üzərindən Rusiyaya silah daşınmasını gizlətməyə çalışdığı da bildirilib.
Malik Atilay