Almaniya Xarici İşlər Nazirliyi (XİN) bütün vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.
525.az DW-yə istinadən xəbər verir ki, bu barədə Almaniya XİN bəyanat yayıb.
Nazirlikdən bildirilib ki, almanlar “özbaşına həbs olunmaq, dindirilmək və uzun müddətə azadlıqdan məhrum edilmək kimi konkret təhlükə ilə” üz-üzədirlər.
“Hamıdan əvvəl, ikili vətəndaşlığı - İran və Almaniya vətəndaşlığı olan şəxslər risk altındadır”, - bəyanatda deyilir.