Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə Ukraynadakı vəziyyəti və taxıl müqaviləsini müzakirə etdiyini bildirib.
525.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Görüşümüz zamanı Ukraynadakı vəziyyəti və taxıl sövdələşməsini müzakirə etdik. Problem cənab Prezidentin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - red) rəhbərliyi ilə həll olundu. 20 gündən sonra taxıl müqaviləsi uzadılmalıdır. Biz onun (sazişin-red) fasiləsiz işini təmin etmək üçün səylərimizi davam etdirəcəyik”, - Çavuşoğlu deyib.