NATO-nun növbəti sammiti 2023-cü il iyulun 11-12-də Litvada keçiriləcək.
525.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq NATO dövlət və hökumət başçılarının görüşünün 11-12 iyul 2023-cü il tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçiriləcəyini açıqlayıb. Stoltenberq NATO-nun Soyuq Müharibədən bəri ən mürəkkəb və gözlənilməz təhlükəsizlik mühiti ilə üzləşdiyini bildirib. Vilnüsdəki görüşün NATO ölkələrinin liderlərinə müdafiə və çəkindirmə qüvvələrini gücləndirmək üçün yeni addımlar atmaq imkanı yaradacağını bildirən Stoltenberq, müdafiə xərclərinin artırılması və Ukraynaya dəstəyin davam etdirilməsinin də müzakirə olunacağını bildirib. Stoltenberq Şimali Amerika ilə Avropa arasında transatlantik əlaqənin NATO ölkələrində yaşayan 1 milyard insanın təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, NATO-nun sonuncu sammiti 28-30 iyun 2022-ci il tarixlərində İspaniyanın Madrid şəhərində keçirilib.
Məhəmməd Tağıyev