ABŞ-ın Florida ştatındakı Fort Lauderdale-Hollywood Hava Limanında Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA) çiy toyuqda gizlədilən silahın tutulduğunu açıqlayıb.
525.az xəbər verir ki, ABŞ nəqliyyat rəsmiləri, silahı çiy toyuğun içinə gizlədərək təyyarəyə soxmağa çalışan sərnişinin saxlanıldığını açıqlayıb. Kağız bükülmüş silah təyyarəyə minməzdən əvvəl görünüb. TSA zabitləri bu xəbəri "Instagram" hesabında yumoristik şəkildə açıqlayıblar: "Heç yarı bişməmişdi. Çiy və yağlı idi. Şükran Gününə yaxınlaşarkən sizi təhlükəsiz şəkildə uçurmaqdan şərəf duyuruq və biz həmişə çalışırıq".
Qeyd edək ki, ABŞ hava yollarında odlu silahlar qadağan edilmir, lakin qeydiyyatdan keçmiş baqajda, kilidli, sərt tərəfli konteynerdə daşına bilər.
Məhəmməd Tağıyev