Meksikanın Miçoakan əyalətində gizli məzarlıqda aparılan axtarışlar zamanı 8 nəfərin qalıqları tapılıb.
525.az xəbər verir ki, Meksika mətbuatının verdiyi məlumata görə, Tarimbaro şəhərindəki Tejaro qəsəbəsindəki gizli məzarda çoxlu insan qalıqları tapılıb. Qazıntılar və araşdırmalar nəticəsində tapılan skeletlərin 8 nəfərə aid olduğu bildirilib. Qazıntıdan çıxarılan qalıqlar ekspertiza üçün Məhkəmə Tibb İnstitutunun obyektlərinə aparılıb.
Qeyd edək ki, faktla bağlı ştatın prokurorluğu araşdırmalara başlayıb.
Məhəmməd Tağıyev