Fransada öz evində şir balasını bəsləyən şəxsə 8 ay həbs və 14 min 500 avro cərimə kəsilib.
525.az xəbər verir ki, Seine-Sant-Denisdəki Bobigny Cinayət Məhkəməsi 2017-ci ildə öz evində qəfəsdəki vəhşi heyvanı qanunsuz olaraq bəsləyən bir adamı mühakimə edib. Məhkəmə, 4-ü şərti və 8 ay həbs cəzası alan bu şəxsin işin mülki tərəfi olan 6 heyvan mühafizəsi dərnəyinə 14 min 500 avro cərimə ödəməsinə qərar verib.
Məhkəmə, həbsdə qalan 4 ay müddətində zaminə buraxılan şəxsin 90 gün ərzində hər gün 15 avro cərimə ödəməsinidə qərarlaşdırıb. Sözügedən şəxs cəzalara əməl etmədiyi təqdirdə həbsxanaya düşəcək.
Məhəmməd Tağıyev