Ev sahibinin İngiltərədəki 400 min funt sterlinq dəyərindəki evini ondan xəbərsiz satmağa cəhd edən kirakeş 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.
525.az xəbər verir ki, 41 yaşlı Endryu Smit üç otaqlı evin potensial alıcısını aldatmağa çalışsa da lakin qonşuları tərəfindən yaxalanıb.
O, evi icarəyə götürmək üçün müraciət etmiş və 2020-ci ilin fevralında Kembricdəki əmlakının açarlarını alıb. Daha sonra o, iki həftə keçməmiş evi onlayn olaraq saxta daşınmaz əmlak agentliyində siyahıya salıb.
2022-ci ilin iyun ayında bir müştəri əmlakı almaq üçün yaxınlaşsa da lakin bəzi qonşular tərəfindən əmlakın satış üçün deyil, icarəyə verildiyini bildirən xəbərdarlıq edilib.
Real kirayə agentlikləri ilə əlaqə saxlayan zərərçəkən aldadıldığını anlayaraq polisə müraciət edib. Polis Smitin icarə agentinə verdiyi bir çox sənədlərin saxta olduğunu aşkar edib. Hətta bir şirkətdən mebel icarəyə götürən Smith Bedfordshire ştatının Flitvik şəhərindəki evində tutularaq həbs edilib.
Malik Atilay