York şəhərinə səfəri zamanı Britaniya Kralı III Çarlz və həyat yoldaşı Kamillaya yumurta atan etirazçı polis tərəfindən saxlanılıb.
525.az xəbər verir ki, Kral Çarlz və həyat yoldaşının Kraliça II Yelizavetanın heykəlini açacağı Yorkşir əyalətinin York şəhərinə səfəri zamanı izdihamın içərisində olan bir etirazçı kral və kraliçaya xalqla görüşərkən yumurta atıb.
Yumurtaların Kralın qarşısına düşdüyü və ona dəymədiyi görülüb. Polis tərəfindən saxlanılan şəxs: “Bu ölkə qul qanı üzərində qurulub”, - deyə qışqırıb. Camaatın bəzilərinin etirazçıya “Tanrı kralı qorusun”, “Ayıb olsun” qışqırması eşidilib.
Malik Atilay