Azərbaycan PISA beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edib. Qiymətləndirmə Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən aprel-iyun aylarında aparılıb.
Təhsil İnstitutundan 525.az-a bildirilib ki, ötən il sınaq mərhələsi keçirilən bu tədqiqatın əsas mərhələsində Bakı şəhərinin 178 ümumtəhsil müəssisəsindən 7912 şagird iştirak edib. Proses xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil edilib.
Qeyd edək ki, ölkədə PISA tədqiqatı 2018-ci ildən həyata keçirilir. PISA (Programme for International Student Assessment - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda, bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur.
Sevinc Qarayeva