İsveçrənin Cenevrə Universiteti BMT-nin Cenevrə ofisi ilə tərəfdaşlıq çərçivəsində 2023-2024-cü tədris ili üzrə magistratura səviyyəsinə Avropa və beynəlxalq idarəçilik (MEIG) proqramı üçün təqaüd proqramı elan edir.
Elm və Təhsil Nazirliyindən 525.az -a bildirilib ki, tam təqaüd proqramı təhsil haqqı və yaşayış xərclərini əhatə edir. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları noyabrın 15-dək tələb olunan bütün sənədlərlə birgə MEIG proqramının rəsmi internet səhifəsi vasitəsilə onlayn müraciət etməlidirlər.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
Sevinc Qarayeva