Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Yer elmləri üzrə problem şurasının növbəti iclası keçirilib.
Bu barədə 525.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclasda problem şurasının üzvləri, fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.
AMEA-nın vitse-prezidenti, problem şurasının sədri akademik İbrahim Quliyev çıxış edərək gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Qeyd edib ki, tədbir ölkənin müxtəlif ali məktəblərindən daxil olmuş fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi məsələlərinə həsr olunub.
Sonra problem şurasının elmi katibi Reyhan Qasımova 3 fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş dissertasiya mövzularını təqdim edib. Hər bir mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iddiaçılar problem şurası üzvlərinin suallarını cavablandırıblar.
Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.
Sevinc Qarayeva