Bir neçə gün əvvəl ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən məşhur azərbaycanlı cərrah, professor Cavad Heyətin vəziyyəti daha da ağırlaşıb.
Lent.az-ın məlumatına görə, reanimasiya şöbəsində müalicə olunan 89 yaşlı alim komaya düşüb.
Qeyd edək ki, C.Heyət Bakıya ötən ayın sonlarında gəlib və burada səhhəti pisləşib.