|
|
|
|
Şəmkirdə avtomobil aşıb.
525.az APA-ya istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü Ələkbərov Valeh Nürəddin oğlu idarə etdiyi “Mercedes-Benz E Class” markalı avtomobillə Şiştəpə-İrmaşlı kənd avtomobil yolu ilə Şəmkir şəhəri istiqamətdə hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənar hissəsinə aşıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Şəmkir RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.