700 milyon işıq ili uzaqlıqdakı iki qalaktikanın toqquşmasını NASA müşahidə edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Amerika Aerokosmik Agentliyi NASA-nın Ceyms Uebb teleskopu 700 milyon işıq ili uzaqlıqda iki qalaktikanın bir-biri ilə toqquşmasını müşahidə edib.
Toqquşmanın təsiri o qədər güclü infraqırmızı işıq yaradıb ki, milyardlarla günəş gücünə çataraq ARP220 adlı qalaktikalar qrupu meydana gəlib.
Qeyd edək ki, qrupda 200-ə yaxın böyük ulduz var.
Malik Atilay