Türkiyənin Amasiya vilayətində yenidən zəlzələ qeydə alınıb.
525.az xəbər verir ki, bu barədə Kandilli rəsədxanasının tviter səhifəsi məlumat yayıb.
Bildirilib ki, vilayətin Göynücek rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.