Ötən il Zaqatalada itkin düşmüş hindistanlı turist Manikanth Kondaveetinin qardaşı Dharan Kondaveeti növbəti dəfə müraciət yayıb.
Hindistan Səfirliyindən 525.az-a daxil olan müraciətdə deyilir:
"Nəzərinizə çatdırırıq ki, qardaşım 13 may 2022-ci il tarixində Zaqatala rayonunda itkin düşüb. Biz onunla sonuncu dəfə 12 may 2022-ci il tarixində əlaqə saxlamışıq, daha sonra o, tək halda meşə sahəsinə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib. Biz polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstərdik, lakin onunla bağlı heç bir məlumat əldə edə bilmədik. Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, biz qardaşımı tapan şəxsə 200 000 manat pul mükafatı verəcəyimizi bildirmək istəyirik. Biz axtarış ərazisinin Zaqataladakı meşə sahəsindən bütün Azərbaycana genişləndirilməsini xahiş edirik".
Qaydalar və şərtlər:
Turistin anasının müraciətində isə deyilir: "Biz, oğlum Manikantı sağ-salamat tapan azərbaycanlıya pul mükafatı verəcəyik. Mən, Azərbaycan xalqına müraciət edərək demək istəyirəm ki, Manikant Azərbaycana səmimi şəkildə dəvət olundu və o, hamıdan çox razı idi və hər kəsə hörmətlə yanaşırdı. Hamı onunla dostcasına və mehriban münasibət göstərib, o da hər kəslə dost idi və böyüklərə hörmətlə yanaşırdı. O, yaşlılara kömək edirdi, yaşlılar da öz növbəsində ona yaxşı mənada köməklik göstərirdilər. Manikanth şahmat, ingilis və fransız dillərini öyrədə bilər. Evə tezliklə qayıtmağa çalış. Azərbaycanlılar istəyəndə o, yenə gələcək və xeyriyyəçi yollarla köməklik göstərəcək. Kim Manikantı tapsa, telefon əlaqələrini valideynlərinə versin. Onun telefonu işləmir, zəhmət olmasa, telefonla bağlı ona köməklik edin.
Manikantın Azərbaycandakı yaxşı dostlarından hər hansı biri turistik yerləri görmək üçün bizim ölkəmizə dəvət oluna bilər. Manikanta köməklik göstərən hər hansı ailə və ya ailələrə ölkəmiz açıqdır və buradakı turistik yerləri görmək üçün dəvət olunacaqlar. Bu çağırışı oxuyan və onun ölkəmizə geri qayıtmağına köməklik göstərəcək Azərbaycan xalqına təşəkkür edirəm. Azərbaycan xalqına çox təşəkkür edirəm. Son olaraq, mən, Azərbaycan hökuməti və bürokratlardan Manikantın tapılmasına köməklik göstərmələrini xahiş edirəm. Biz, sizin ölkənizə hörmətlə yanaşırıq".
Pərvanə