Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ölkələrində Bitcoin kimi kriptovalyuta hərəkətlərini yaxından izləməyi əhatə edən yeni qaydaları təsdiqləyib.
525.az xəbər verir ki, Strasburqda keçirilən AP Plenar sessiyasında pulların yuyulmasına qarşı mübarizə və maliyyə nəzarəti üçün kripto-aktivlərin köçürülməsinin monitorinqi üzrə Aİ-nin ilk qaydaları böyük səs çoxluğu ilə qəbul edilib. Yeni qaydalara əsasən, kripto köçürmələri, digər maliyyə əməliyyatlarında olduğu kimi, həmişə izləniləcək və şübhəli əməliyyatlar bloklanacaq. "Səyahət Qaydası" olaraq xarakterizə edilən maliyyə köçürmələrində, əməliyyatı həyata keçirən qurumların, göndərən və alanın şəxsiyyət məlumatlarını təyin etməsi, saxlaması və paylaşması öhdəliyi kriptovalyutaların köçürülməsinə də şamil ediləcək.
Qeyd edək ki, kriptovalyuta sahəsindəki şirkətlərdən çirkli pulların yuyulması ilə bağlı bütün öhdəliklərə əməl etmələri tələb olunacaq.
Məhəmməd Tağıyev