Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkətinə növbəti dəfə şərait yaradılıb.
525.az xəbər verir ki, sülhməramlılara məxsus daha 3 avtomobilin Laçından Xankəndi və əks istiqamətə maneəsiz hərəkət etməsinə şərait yaradılıb.
Bu gün ümumilikdə 63 humanitar yardım maşınının keçidinə heç bir məhdudiyyət qoyulmayıb.
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa ərazisindən keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 134 gündür davam edir.
Qeyd edək ki, Rusiya sülhməramlılarının nəzarətindəki yolun Şuşadan keçən hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Loğman Avaz