İsmayıllı rayonunun Çayqovuşan kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli tikilinin (idman zalı kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb.
525.az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.