Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə mənzil-tikinti kooperativləri tərəfindən sayğacların quraşdırılmasına görə ödənişin tələb edilməsi ilə bağlı 67 müraciət daxil olub.
Bu barədə 525.az-a Dövlət Xidmətindən bildirilib.
Bu dövr ərzində Dövlət Xidmətinə təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə bağlı ümumiyyətlə 442 vətəndaş müraciəti daxil olub.
Bunlardan 152-si qaz təchizatı, 65-i elektrik təchizatı, 7-si istilik təchizatı, 58-i su təchizatı, 44-ü telefon rabitəsi və internet xidmətləri, 4-ü poçt rabitəsi, 2-si dəmiryol nəqliyyatı, 9-u hava yolu nəqliyyatı, 34-ü isə digər sahələrdə olub.
Müraciətlərə baxılması nəticəsində 101 326 manat vəsait istehlakçılara geri ödənilib.