Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinə (ECOWAS) daxil olan ölkələrdəki həmkarları ilə məsləhətləşmələr aparacaq.
525.az xəbər verir ki, bu barədə nazirliyin X sosial şəbəkəsindəki (Tvitter) hesabında paylaşım edilib.
O, səfər çərçivəsində Nigeriya, Benin və Qanada olacaq.
"Ölkə Prezidentinin tapşırığı əsasında xarici işlər naziri Əhməd Attafın bu gün həmkarları ilə məsləhətləşmələr aparmaq üçün ECOWAS-ın üzvü olan Nigeriya, Benin və Qanaya işgüzar səfəri başlayır. Məsləhətləşmələr zamanı Nigerdəki böhran, bu ölkədə və bütövlükdə regionda gərginliyin qarşısını almaq üçün siyasi həll yolunun hazırlanması diqqətdə olacaq", açıqlamada deyilir.
Pərvanə