Şuşada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Yuxarı Gövhər Ağa məscidində olublar.
525.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.