Varşava ukraynalı yük maşını sürücülərinin Avropa İttifaqına daxil olmaq üçün icazə almaq öhdəliyinin qaytarılmasını tələb edəcək.
525.az “Reuters”a istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
"Biz çox ciddi və birmənalı şəkildə ukraynalı sürücülər üçün nəqliyyat icazələrinin bərpasını tələb edəcəyik", - deyə Moravetski jurnalistlərə bildirib.
Qeyd olunur ki, Ukraynalı yük maşınlarının Aİ-yə daxil olmaq üçün icazə almaq tələbinin qaytarılması Polşa yük maşınları üçün əsas şərtlərdən biridir. Onun ləğvi nəqliyyat daşımaları məsələsində Kiyevdən Polşa üçün dempinq və əlverişsiz rəqabət amillərindən biri olub.
Xatırladaq ki, bundan əvvəl polşalı yük maşınları Ukrayna ilə sərhəddə keçid məntəqələrinin blokadasını davam etdirmək qərarına gəliblər.
Havar Şəfiyeva