Goranboyda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb.
525.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Şabanlı Dürdanə Mərdan qızı Goranboy rayonu, Qaradağlı kəndində yaşadığı 1 otaqlı fərdi yaşayış evində quraşdırılmış qaz balonundan sızan qaz nəticəsində zəhərlənərək ölüb.
Hazırda Goranboy rayon prokurorluğunda araşdırma aparılır.