"Qazilər, şəhid ailələrindən işlə təmin olunmaq üçün müraciətlər alırıq".
525.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Rauf Əliyev deyib.
Deputat bildirib ki, qazilər əlillik almaq üçün də müraciət edirlər: “Biz DOST mərkəzi vasitəsilə onların əlillik almasına kömək edirik. Əlillik dərəcəsi alandan sonra isə onları işlə təmin etmək olmur. Bununla bağlı ümumi mərkəz yaradılsa, yaxşı olar".
Deputat həmçinin 1 və 2-ci sinifdə proqramların yüklənməsi ilə bağlı problemi qaldırıb: “Uşaqlar dərslə çox yüklənir. Biz Elm və təhsil komitəsi ilə birgə bu məsələ ilə bağı dinləmə keçirək. Şagirdlərin niyə bu qədər yüklənməsinə aydınlıq gətirək”.