2022-ci il ilə müqayisədə 2023-cü ildə verilən fərqlənmə nişanlarının sayı 30,410 ədəd (və ya 20 faiz) artaraq 180,999 ədəd olub.
525.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, toplanan vergi isə 2 milyon 24 min 678 manat (və ya 52 faiz) artaraq 5 milyon 917 min 867 manat təşkil edib.
Qeyd edilib ki, 2023-cü ildə onlayn verilən fərqlənmə nişanının xüsusi çəkisi 67,88 faiz təşkil edib.