Naxçıvan Muxtar Respublikasının ən yaşlı seçicisi, Kəngərli rayon sakini prezident seçkilərində səs verib.
525.az APA-ya istinadən xəbər verir ki, 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsində qeydiyyatda olan 104 yaşlı Hüseynəliyeva Şərəf Muxtar qızı seçkidə iştirak etmək arzusunu bildirib. Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyi üçün ailəsi tərəfindən məntəqə seçki komissiyasına ərizə ilə müraciət edilib. 1920-ci il təvəllüdlü Ş.Hüseynəliyevanın müraciətini nəzərə alaraq, onun yaşadığı evə daşınan seçki qutusu göndərilib. 104 yaşlı seçici evində səs verib.