Azərbaycanın Təbrizdəki Baş konsulluğunda seçici fəallığı qeydə alınıb.
525.az APA-ya istinadən xəbər verir ki, İranın Təbriz şəhərində fəaliyyət göstərən məntəqə seçki komissiyasında da Azərbaycan vətəndaşlarının öz konstitusiya hüquqlarından istifadə etməsi üçün bütün zəruri tədbirlər görülüb.
Fevralın 7-də yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqəsində Təbrizdə yaşayan və ya müvəqqəti ezamiyyətdə olan vətəndaşlarımızın yüksək fəallığı qeydə alınıb.