Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 14-də Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Komitədən 525.az-a verilən məlumata grə, qəbul saat 11:00-da Xaçmaz şəhər Tarix Diyarşünaslıq muzeyi (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 1) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (023) 335-22-70, (051) 225-47-77, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.
Sevinc Qarayeva