Car ilin yanvarında Azərbaycan 3 104.24 min ABŞ dolları dəyərində alkaqollu və alkaqolsuz içki, sirkə ixrac edib.
525.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbərinə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 33 faiz azalma deməkdir.
Car ilin yanvarında Azərbaycana 4 658.47 min ABŞ dolları dəyərində alkaqollu və alkaqolsuz içki, sirkə idxal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 3.68 faiz artım deməkdir.