|
|
|
|
Azərbaycanda uçota alınan operator və internet provayderlərinin sayı 157-yə çatıb.
525.az-a bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib.
Bildirilir ki, İKTA internetin təkrar satışı xidmətini göstərən “Robonet”, “Setnet” və “Smart Office” MMC-ləri, həmçinin Naxçıvanda ADSL, GPON, ETTH, Hostinq və digər internet xidmətləri göstərən Naxçıvan Muxtar Respublikasının İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzini (Naxinternet) uçota alıb.
Xatırladaq ki, İKTA ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.