https://525.az/img/pics/medium/2024-04/311719_l84nsathaw.jpg Yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Mülki əhalimiz demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir - Hikmət Hacıyev
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
search
28 Aprel 2024
27 Aprel 2024

"Bunu oturub, başbilənlər fikirləşməlidir"

"Bunu oturub, başbilənlər fikirləşməlidir"

"Uduzmağımızın səbəbi göz qabağındadır. İki səhv etdik, iki qol buraxdıq, bunun altından çıxa bilmədik. Ondan sonra rəqibə bir epizod da vermədik".

QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 27-ci turunun "Sabah"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

1:2 hesablı məğlubiyyəti şərh edən mütəxəssis qarşıdan gələn fasilədə yaxşı hazırlaşacaqlarını bildirib: "Dəyişikliklərlə oyunumuzu daha da yaxşılaşdırdıq. Meydanda qalib gəlmək istəyən komanda gördüm. Futboldur da, qələbə və məğlubiyyətlərə hazırıq. İki həftəlik fasilə olacaq. Yaxşı, sakit hazırlaşacağıq".

S.Abasov "Sizə elə gəlmir ki, siz texniki zonada Kasimir Ninqadan daha çox hərəkətli idiniz" sualına belə cavab verib: "Xeyr, passiv deyildi. Oyunun gedişatında 1-2 dəfə mövqeyini dəyişdim. Yəqin ki, ora adaptasiya ola bilmədi. Adlara bölmək istəməzdim. Komanda olaraq pis deyildik".

S.Abasov ikinci pillədə gedən komandasından milliyə iki oyunçu, həm də ehtiyat qüvvə kimi dəvət olunmasına münasibət bildirib: "Bunlar şəxsi fikirdir. Millinin müvəqqəti məşqçilərin fikri belədir. Baş məşqçi postuna kimlər gələcəksə, hər birimizi onların verəcəyi qərara hörmətlə yanaşmağı çağırıram. Tanıdıqları oyunçulardır, onları çağırıblar. Millinin iki oyunu var, bəlkə də çox rotasiya etmək istəməyiblər. Niyə komandamdan futbolçu çağırmayıblar, sözünü deməyəcəm. Bundan sonra da belə olacaq. Nəyə görə? Hər bir məşqçinin seçiminə hörmət etmək lazımdır". 

Baş məşçi çempionatdakı hədəfləri ilə bağlı da danışıb: "Bunu heç kim deyə bilməz. Bizdə ümumiyyətlə, ikinci yer, avrokubok zonası olmayıb. Amma komanda meydana qələbə üçün çıxır. Mövsümün sonunda hansı yerdə olacağıqsa, o da bizim hədəfimizdir. Hədəflər mövsümün əvvəlində, məşqçi yox, klub tərəfindən qoyulur. Qoyulan hədəflərə görə də hərəkət edirsən. Biz təzə komandayıq, bu il çox oyunçu dəyişmişik. Komanda qururuq, daha da güclənmək istəyirik, rahat futbol oynamaq fikrindəyik. Get-gedə komandanın onurğası düzələcək. Hədəfi klub qoymalıdır. Hədəf çatmırsansa, baş məşqçi getməlidir. Çempionatın ortasında hədəf haqda danışmaq düzgün deyil. Mövsümün əvvəlində klub tərəfindən qoyulan hədəf liqada qalmaq idi".

S.Abasov "Azarkeşlərin stadiona gəlməsi üçün nə etmək lazımdır" sualını belə cavablandırıb: "Bu, Azərbaycan çempionatında baş verən hadisədir. Təkcə bizimlə bağlı deyil. Bunu oturub, başbilənlər fikirləşməlidir. Bu vaxta qədər bizdəki bəhanə stadion idisə, artıq bu da keçərli deyil. Meydança idealdır. "Sumqayıt" buna qədər ikinci yerdəydi, tutduğumuz mövqeyə də irad ola bilməzdi. Pis oynayırdıq deyim, bu da gəlməmə səbəb deyildi. Başbilənlər oturub fikirləşməlidir ki, azarkeşləri stadiona gətirsin. Mən sadəcə hər konfransda onlara çağırış edə bilərəm". 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.