https://525.az/img/pics/medium/2024-04/311725_9vr2bm0uzq.jpg Türkiyədə İŞİD əməliyyatı - 38 şübhəli saxlanıldı
https://525.az/img/pics/medium/2024-04/311719_l84nsathaw.jpg Yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Mülki əhalimiz demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir - Hikmət Hacıyev
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
search
28 Aprel 2024
27 Aprel 2024

Ukrayna Premyer Liqasında 18 yaşlı azərbaycanlı

Ukrayna Premyer Liqasında 18 yaşlı azərbaycanlı

2023/24 mövsümündən başlayaraq Ukrayna Premyer Liqasında daha bir azərbaycanlı futbolçu debüt etməyə başlayıb. Söhbət həm Ukrayna, həm də Azərbaycan vətəndaşlığı olan 18 yaşlı Ramik Hacıyevdən gedir.

QOL.az xəbər verir ki, R.Hacıyev Ukrayna Premyer Liqasında yarışan və hazırda turnir cədvəlində 3-cü yeri tutan “Dnipro-1”in (keçmiş “Dnepr”) sol cinah yarımmüdafiəçisidir (vinger). U-19 komandasının üzvü olan Hacıyev bu mövsümdən etibarən əsas komandaya da cəlb edilib və 3 oyunda meydana çıxıb. Hacıyev debüt matçını 2023-cü ilin sentyabrında “Zarya Luqansk”a qarşı keçirib (11 dəqiqə). 

Bu aydan başlayaraq isə o, daha çox oyun şansı qazanır. Ramik martın 3-ü “Obolon”la Premyer Liqa görüşündə 17, martın 12-si “Çerkassı” komandası ilə oyunda isə 45 dəqiqə meydanda olub.

1:1 hesabı ilə yekunlaşan bu görüşdə Hacıyev 46-cı dəqiqədə oyuna daxil olub, cəmi 1 dəqiqə sonra isə komandasının vurduğu qolun yaradılmasında iştirak edib. R.Hacıyev bu yaxınlarda Ukraynanın U-19 millisinə də dəvət alıb. Komanda Avropa çempionatının elit raundunda iştirak edəcək.

Hacıyev “Dnipro-1”ə (U-19) 2022-ci ilin sentyabrında keçib. Buna qədər isə o, “Rux”un (Ukrayna) U-17 komandasında da oynayıb. Ramik Ukraynanın Munçak Futbol Akademiyasının yetirməsidir.

Xatırladaq ki, indiyədək Ukrayna Premyer Liqasında bir neçə azərbaycanlı futbolçu çıxış edib. Onlardan bəziləri Azərbaycanın əsas milli komandasına da cəlb olunub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.