“Dünya miqyasında Çinin həm iqtisadi, həm siyasi nüfuzu artır. Azərbaycan Çinlə hər iki platformada dialoq aparmalıdır”.
525.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O bildirib ki, 2024-2026-cı illərdə Azərbaycan vacib bir platformaya sədrlik edəcək. Bu,
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir.
Qazaxıstanın təşəbbüsü ilə yaradılan təsisatla bağlı Çində düşüncə mərkəzi fəaliyyət göstərir.
"Bizim üçün "Mərkəzi Asiya 5+1" platforması da mühüm əhəmiyyət daşıyır. Azərbaycan ora dəvət olunub. "Mərkəzi Asiya 5+1 və Çin" platforması da mövcuddur. Biz indi belə təklif irəli sürdük ki, bu platforma çərçivəsində də müəyyən müzakirələr aparılsın", - Şəfiyev deyib.
Pərvanə