"Şadıq ki, sülh prosesi davam edir".
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışarkən bildirib.
“Biz delimitasiya ilə bağlı son addımı və razılaşmanı alqışlayırıq. Aİ müəyyən vaxt ərzində prosesə qoşulmuşdu, Aİ Şurasının Prezidenti prosesdə fəal iştirak edirdi və tərəflər strukturlu şəkildə işləməyə başladı. Aİ prosesi ehtiyac olduğu təqdirdə, dəstəkləməyə davam etməyə hazırdır”, - səfir qeyd edib.