"Bu gün səfərin nəticələri gözlədiyimizdən də yüksək oldu".
525.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniştərkibli görüşdən sonra mətbuata bəyanatda Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata birgə bəyanatla bildirib.
Robert Fitso deyib ki, İlham Əliyev beşinci dəfə Azərbaycan Prezidenti seçilib: “Bu, xalqın sizə verdiyi yüksək qiymətin nəticəsidir. Siz praqmatik siyasətçisiniz. Avropa İttifaqı ara-sıra digərlərinə təlimatı verməyi xoşlayır. Mən isə heç bir ölkənin daxili işlərinə qarışmıram. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlarda kiçik ölkələrə qarşı ayrı-seçkilik, qeyri-adekvat münasibət var”, - o deyib.