Slovakiya Baş naziri Qarabağa səfər edə bilər.
525.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata birgə bəyanatında bildirib.
O, tezliklə Qarabağa səfər edə biləcəyini vurğulayıb.