"Dövlət İmtahan Mərkəzinin regional bölmələri var. Biz təkcə regional bölmələrlə deyil, müxtəlif ali məktəblərlə əlaqə yaratmağa çalışacağıq. Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək. Biz imtahanın təhlükəsizliyini buradan təmin edə biləcəyik”.
525.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in yeni elektron imtahanlar korpusuna mediatur zamanı jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır. İndidən bunun üzərində düşünülür: "Hesab edirəm ki, bir il ərzində kontingentin sayı 10 mindən az olan imtahanların hamısını Dövlət İmtahan Mərkəzinin yeni elektron imtahanlar korpusunda keçirəcəyik".
Sevinc Qarayeva