https://525.az/img/pics/medium/2024-05/314257_o07pfhxa80.jpg Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
search
19 May 2024
18 May 2024

Rahil Məmmədov Polşada klubunu dəyişəcəkmi?

Rahil Məmmədov Polşada klubunu dəyişəcəkmi?


Məlum olduğu kimi, Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi LKS Lodz komandası yeni mövsüm Polşa yüksək liqasını (Esktraklassa) tərk edəcək və birinci liqada yarışacaq.

Rahil Məmmədov 2024-cü ilin yanvarında "Qarabağ"dan ayrılaraq bu klubla müqavilə imzalayıb. 28 yaşlı futbolçu əsas heyətin futboçusu kimi LKS-in heyətində 13 oyunda meydana çıxıb. LKS birinci liqaya düşdükdən sonra R.Məmmədovun növbəti mövsümdə bu komandada qalıb-qalmayacağına dair hələ məlumat yoxdur. 

QOL.az-ın xəbərinə görə, amma Polşa mətbuat hesab edir ki, Rail Məmmədov yeni mövsümdə Esktraklassada qalmağa layiq futbolçudur. Bu ölkənin "Nowiny 24" nəşri LKS heyətinin təhlil edərkən komandadan 6 futbolçunun yeni mövsümdə Esktraklassada çıxış etməli olduğunu yazıb.

Nəşr hesab edir ki, 2024/25 mövsümündə LKS-in bir neçə oyunçusu komandanı tərk edəcək. Polşalı jurnalistləri fikrincə, yay transfer dönəmində başqa bir yüksək liqa klubunda oynamağa layiq futbolçulardan biri də R.Məmmədovdur. Digər 5 futbolçu isə Aleksander Bobek, Dani Ramirez, Antoni Mlınarçik, Hüseyn Baliç və Key Tedjandır.

Qeyd edək ki, R.Məmmədovun LKS-lə müqaviləsi 2025-ci ilin iyununda başa çatır. 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.