Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrini qərar qəbul edərkən birlik ölkələrinin milli maraqlarına hörmətlə yanaşmağa çağırıb.
525.az bu barədə "Report”-a istinadən xəbər verir.
“Yalnız tərəfdaş ölkələrin maraqlarına hörmət və hər bir üzv dövlətin maraqlarına cavab verən konstruktiv həllərin axtarışı əsasında biz AİB-nin fəaliyyətinin effektivliyini qoruya biləcəyik. Sosial-iqtisadi inkişafın milli prioritetlərini nəzərə almaq üçün səylərimizi birləşdirməli olduğumuzu zəruri hesab edirik. Əməkdaşlığımız ölkələrimizin vətəndaşlarının və bizneslərinin maraqlarına uyğun işləməli, onların rifahının yaxşılaşdırılmasına və iqtisadiyyatların modernləşdirilməsinə kömək etməlidir”, - o, Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasında deyib.
Xatırladaq ki, bu il Ermənistan AİB-yə sədrlik edir.