İmişli rayonu ərazisində kənd yollarının təmiri çərçivəsində Y-30-01, M-6 Hacıalmuradlı yolunun 6 kilometr hissəsinin yenidənqurulması başa çatdırılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata görə, yol boyu yarasız materaillar çıxardılaraq yolun əsası bərkidilib, 22 dairəvi boru, əlavə 6 boru başlığı tikilib, 1 körpü təmir olunub. Yol nişanlarının quraşdırılması və xətlənmə işi də yekunlaşıb.