Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) edilən müraciətlərin təhlili nəticəsində tanınma üzrə ümumi tələblərə cavab vermədiyi üçün ali təhsil sənədlərinə ən çox imtina verilmiş universitetlərin siyahısı açıqlanıb.
Bu barədə 525.az-a Təhsildə Keyfiyyət Təminatı üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, siyahı ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30 faiz və ondan artıq imtinaları əhatə edir və mütəmadi olaraq yenilənəcək.
Xarici ölkələrdə təhsil almaq istəyən vətəndaşlara seçdikləri ali təhsil müəssisəsinin yerli akkreditasiyasının və lisenziyasının olmasını keçiddən istifadə etməklə yoxlamalarını, eləcə də TKTA-ya edilən müraciətlər əsasında tərtib edilən ən çox imtina almış universitetlərə xüsusi diqqət yetirmələrini tövsiyə edilir.
Sevinc Qarayeva